Tikinti-inşaat



Fərdi evlərin tikintisi







Mülkiyyətinizdə olan fərdi ev həyatın keyfiyyətcə yeni səviyyəsinə keçmək deməkdir ki, bu zaman siz sadəcə metrlərlə yaşayış sahəsinin mülkiyyətçisinə deyil, sözün tam mənasında öz ərazinizdə ev sahibinə çevrilirsiniz. Bizim məqsədimiz keyfiyyətli və yaşayış üçün harmonik məkan yaratmağa kömək etməkdir. Bu məkanda sizin bütün şəxsi tərcihləriniz və arzularınız nəzərə alınmışdır və eyni zamanda, evin sizin üçün əlverişli investisiya olmasını təmin etməyə çalışmışıq. Ona görə də evlərimizin layihələrində biz həmişə maksimum funksionallığa, enerji sərfiyyatının optimallaşdırılmasına və iqtisadi məqsədəuyğunluğa xüsusi diqqət yetiririk.

Tikintiyə başlamazdan əvvəl hazırlıq işləri aparılmalıdır ki, bu işlərə də evin layihəsinin hazırlanması, əlaqəli texniki sənədlərin alınması, eləcə də materialların seçilməsi və tikinti üçün smetanın (bunun əsasında tikinti haqqında müqavilə imzalanacaqdır) razılaşdırılması daxildir. Evin layihələndirilməsi mərhələsi haqqında daha ətraflı məlumatı bu keçid linkindən əldə edə bilərsiniz.

Biz müştərilərlə işimizdə mühəndis və memarlarımızın evin layihələşdirilməsi və tikintisi ilə bağlı bütün detalları ətraflı şəkildə Sifarişçiyə izah etdikləri maksimum şəffaflıq prinsipinə riayət edirik. Evin tikintisi İSO 9001 keyfiyyət sertifikatının təsdiq etdiyi standartlara uyğun olaraq yüksək keyfiyyətli materiallardan istifadə edilməklə, müasir tikinti texnologiyalarına uyğun olaraq həyata keçirilir. Yüksək səviyyədə etimadın və nəzarətin təmin edilməsi üçün obyektdə videomüşahidə kamerası quraşdırılır ki, Sifarişçiyə 24/7 onlayn rejimdə bu kameraya çıxış imkanı verilir, həmçinin görülən işlər barədə müntəzəm olaraq ətraflı fotohesabatlar göndərilir. Şirkət tikinti işlərinin hər mərhələsində üçqat keyfiyyətə nəzarəti təmin edir: briqadir, mühəndis və texniki nəzarətçi...

Evin tikintisinin qiymətinə müxtəlif amillər təsir edir ki, onların arasında ən çox təsir edənlər tikintinin geoloji şəraiti və ərazinin relyefi, bünövrənin növünün seçilməsi, evin spesifikliyi və mərtəbəliliyi, örtüklərin və dam örtüyünün quruluşu, fasad materialları və s. kimi amillərdir. Yeni tikililərin istifadəyə verildiyi kimi təmirsiz ("podmayak") tikintinin dəyəri "Amal" şirkətində kv.metr üçün XXX AZN-dən başlayır. Fərdi evin tikintisini sifariş verərkən, evin layihəsi PULSUZ təqdim edilir. "Podmayak" tipli layihələrin tikintisinin dəyərinə baxmaq üçün keçid linkinə daxil olun:

Evinizin tikintisi ilə bağlı bizimlə iş prosesi

1. Telefon zəngi və ya sayt vasitəsilə müraciət

2. Ofisdə görüş və sifarişçinin brifi

3. Layihə üçün texniki tapşırığın tərtib edilməsi

4. Fərdi layihənin sifarişi və ya standart layihənin uyğunlaşdırılması

5. Evin layihələndirilməsi haqqında müqavilənin imzalanması

6. Ərazinin topoqrafik çəkilişi

7. Eskiz layihə üzərində iş və onun sifarişçi ilə razılaşdırılması

8. Layihə üzrə albomun tərtib edilməsi

9. Layihənin olduğu albomun təhvil verilməsi və smetanın tikintiyə təqdim edilməsi

10. Tikinti müqaviləsinin imzalanması

11. Bünövrənin qurulması və hidroizolyasiya

12. Divarların, bacaların və havalandırma kanallarının, mərtəbələrarası örtüklərin və pilləkənlərin tikintisi

13. Dam örtüyü üzrə işlərin görülməsi

14. Fasadın tamamlanma işləri, pəncərə boşluqlarının şüşələnməsi və qapıların quraşdırılması

15. Daxili tamamlama işləri və mühəndis-kommunikasiya təminatının həyata keçirilməsi

16. Ərazinin abadlaşdırılması

17. Evin təhvil verilməsi


Ofisimizdə görüşə yazılmaq
və ya onlayn qaydada
mümkündür

Bu layihə xoşunuza gəlib
və ofisimizdə görüşə yazılmaq
istəyirsiniz?

Bizə mesaj göndərin