Şirkət haqqında



Şirkət haqqında








Amal Group çoxmərtəbəli binaların inşa edilməsi və fərdi evlərin tikintisi sahəsində dinamik sürətlə inkişaf edən tikinti şirkətidir. Diqqətlə aparılan seçimdən sonra, biz dövlət podratçısı seçilmişik. Fəaliyyət göstərdiyimiz 2 ildən də az bir müddətdə 16 min kv.m-dən çox yaşayış sahəsi istifadəyə vermişik və hal-hazırda 32 min kv.m-dən çoxu isə tikinti mərhələsindədir.

Biz xüsusi tikinti sahəsinə layihələndirmə və tikinti sahəsindəki böyük təcrübəmiz, qabaqcıl texnologiyalardan istifadə edən peşəkar menecerlər, memar-dizaynerlər, mühəndislər və inşaatçılardan ibarət komandamız, etibarlı tərəfdaşlarımız və təchizatçılarımız, habelə öz inşaat texnikası parkımızla daxil olmuşuq.

Şirkətimiz layihələndirmə, mühəndis kommunikasiyalarının çəkilməsi, daxili otaqların tikintisi, dizaynı və təmiri, ərazilərin abadlaşdırılması da daxil olmaqla, həllərin tam paketini təqdim edir. Fərdi evlərin layihələrində biz yalnız müasir dəbli dizayna deyil, həm də düşünülmüş funksionallığa və enerji qənaətinə diqqət yetiririk.

Biz öz işimizdə aşağıdakı prinsiplərə riayət edirik:



- Güzəştsiz keyfiyyət.

Şirkətimizin sadiq qaldığı yüksək keyfiyyət səviyyəsi İSO 9001 beynəlxalq sertifikatı ilə təsdiqlənmişdir. Biz indiyə qədər çoxlu sayda evin tikilməsi və inşası ilə məşğul olmuş peşəkarlardan ibarət komandamızla çalışırıq. Bütün sistemlərin etibarlılığını və fasiləsiz fəaliyyətini təmin etmək üçün yalnız özünü doğrultmuş material və avadanlıq təchizatçıları ilə əməkdaşlıq edirik.

- Müştəriyönümlü xidmət

Ev tikməyin insanın həyatında ən əhəmiyyətli qərarlardan biri olduğunu gözəl başa düşürük və buna görə də, öz evinə sahib olmaq istəyənlərin arzusunu maksimum dərəcədə asanlaşdırmağa çalışırıq. Biz bütün proses ərzində layihələndirmə mərhələsindən tutmuş hazır evin təhvil verilməsinə qədər ən şəffaf və anlaşılan müştəri xidməti təqdim edirik.

- - Texniki nəzarət və müddətlərə riayət edilməsi

Biz müqavilədə göstərilən işlərin yerinə yetirilmə qrafikinə dəqiq riayət edirik. Şirkətimizdə baş mühəndis, texniki nəzarətçi və iş icraçısı səviyyəsində üçqat keyfiyyət nəzarəti həyata keçirilir ki, bu da keyfiyyətlə bağlı problemlərin və texnologiyadakı səhvlərin yaranmasına imkan vermir. Əminliyiniz və rahatlığınız üçün, biz tikintinin gedişatına videomüşahidə ilə nəzarət etmək imkanı yaradır, mütəmadi olaraq hesabatlarımızı təqdim edir və tikintinin hər bir mərhələsinin təhvil-təslimini həyata keçiririkş

Ofisimizdə görüşə yazılmaq
və ya onlayn qaydada
mümkündür

Bu layihə xoşunuza gəlib
və ofisimizdə görüşə yazılmaq
istəyirsiniz?

Bizə mesaj göndərin