ELEGANCE - yeni layihəmizi Sizə təqdim edirik.
Müasir klassika üslubda olan bu geniş 2 mərtəbəli evin layihəsi memarlarımız tərəfindən hazırlanıb.
Fasad dizaynında minimal dekorasiya elementlərindən istifadə olunub, lakin əsas diqqət dekorativ pəncərələrə yetirildi və bu layihəyə xüsusi bir cazibə verdi
Evin ümumi sahəsi - 568 м2
Yaşayış sahəsi - 264 м2
Ümumi sahəsi 232.6 m2 olan 1ci mərtəbədə yerləşir:
- 40m2 mətbəx açıq terasa çıxışı ilə
- geniş qonaq otağı ”qapalı terasa" keçidi ilə.
- texniki otaqlar (anbar və texniki otaq). Camaşırxana isə bu evin sakinlərin rahatlığı üçün 2-ci mərtəbədə yerləşir.
Ümumi sahəsi 233.8 m2 olan 2ci mərtəbədə:
- geniş istirahət zonası var
- 4 böyük yataq otağı, onlardan biri master bedroom öz hamam və qarderob otaqları ilə. hər yataq otağının öz balkonu var, künc yataq otağı isə öz qarderoba da malikdir.
Qiymətə nələr daxil deyil?
- Daxili divarların suvağı
- Fasadın rənglənməsi/üzlənməsi
- Mühəndis kommunikasiya xətləri