İpoteka



İpoteka

Artıq fərdi evlərin tikintisi ipoteka kreditləşdirilməsi şəraitində mümkündür.

Kapital Bank şəxsi evlərin “Amal Group” şirkətində tikintisini sifariş edən müştərilər üçün eksklüziv şərtlər təqdim edir.

İndi çoxları şəxsi evləri ilə bağlı xəyallarını gerçəkləşdirə bilər. Biz funksional və enerjiyə qənaət edən evlər tikirik.

Şəxsi ev – çoxlarının arzusudur. Bu cür daşınmaz əmlakın sahəsi mənzilindən dəfələrlə böyükdür və özünüifadə üçün daha çox azadlıq verir. Lakin hər kəs öz arzusunu reallaşdıra bilmir, çünki bu arzunun həyata keçirilməsi üçün zəruri məbləğ sadəcə mövcud olmaya bilər.

Kapital Bankın “Amal Group” tikinti şirkəti ilə əməkdaşlıqda təqdim etdiyi şəxsi evin tikintisi üçün ipoteka insanlara arzusunu həyata keçirməyə imkan verir, həm də hazırda bazarda təklif olunan ən yaxşı şərtlərlə.

Ev tikintisi üçün ipoteka kreditinin eksklüziv şərtləri:
- İllik 10%-dən başlayan faiz dərəcəsi
- Kreditin məbləği 200.000 AZN-ə qədər
- Kredit müddəti 15 ilə qədər
- İlkin ödəniş 30%

Şəxsi evin tikintisi üçün ipoteka kreditinin alınması prosesi:

1. Şirkətimizə evinizin layihəsini sifariş edirsiniz və ya öz hazır layihənizi gətirirsiniz

2. Evinizin layihəsi üçün smeta hesablayırıq

3. Layihə və smeta təsdiq edildikdən sonra şirkətimizlə tikinti müqaviləsi imzalanır

4. İpoteka krediti almaq üçün Siz Kapital Banka aşağıdakı sənədləri təqdim edirsiniz:

a. Evin layihəsi, evin smetası və tikinti müqaviləsi
b. Evin tikildiyi torpağın çıxarışı (kupçası)
c. İpoteka ilə girov qoyulan daşınmaz əmlak obyektinın çıxarışı (kupçası)
d. Gəlirləriniz haqqında arayış

5. Bank 3 iş günü ərzində ipoteka kreditinin verilməsi haqqında qərar qəbul edir

6. Kapital Bank, Amal Group və müştəri arasında ipoteka tikintisi ilə bağlı üçtərəfli saziş imzalanır

7. Siz tikinti üçün ilkin ödəniş edirsiniz, evinizin tikintisi haqqında müqaviləyə əsasən, sonrakı mərhələli ödənişlər bank tərəfindən yerinə yetiriləcəkdir





Ofisimizdə görüşə yazılmaq
və ya onlayn qaydada
mümkündür

Bu layihə xoşunuza gəlib
və ofisimizdə görüşə yazılmaq
istəyirsiniz?

Bizə mesaj göndərin