Gəncə Layihəsi

Gəncə Yaşayış Kompleksi – Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşir. Yaşayış kompleksinin ümumi sahəsi 6.23 hektar təşkil edir.

2020-ci ildən tikintisinə başlanılan Kompleks yaşayış üçün olduqca rahat və sağlam bir məkanda yerləşir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci ilin iyun ayının 24-də Gəncə şəhərində inşa olunan yaşayış kompleksinin tikintisi ilə tanış olmuşlar. Ölkə başçısına və birinci xanıma tikinti işlərinin gedişatı barədə ətraflı məlumat verilmişdir.


Bütün mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, kombi isitmə sistemi ilə təhvil verilib.


Gəncə Yaşayış Kompleksi 18 çoxmənzilli yaşayış binasından ibarətdir:

12 bina - 9 mərtəbəli

6 bina - 12 mərtəbəli  


Amal Group şirkəti tərəfindən 3 ədəd 9 mərtəbəli və 2 ədəd 12 mərtəbəli bina inşa olunub.


9 mərtəbəli yaşayış binalarında mənzillərin göstəriciləri:

·        1 otaqlı - 35.46 m² (min.) - 35.57 m² (max.)

·        Studio tipli - 34.85 m² (min.) - 34.97 m² (max.)

·        2 otaqlı - 56.40 m² (min.) - 56.86 m² (max.)

·        3 otaqlı - 72.55 m² (min.) - 74.78 m² (max.)

·        4 otaqlı - 96.10 m² (min.) - 96.67 m² (max.)


12 mərtəbəli yaşayış binalarında mənzillərin göstəriciləri:

·        3 otaqlı - 75.17 m² (min.) - 76.79 m² (max.)

Ofisimizdə görüşə yazılmaq üçün