Haqqımızda

Amal Group çoxmərtəbəli və fərdi evlərin tikintisi sahəsində dinamik və sürətlə inkişaf edən tikinti şirkətidir. Fəaliyyət göstərdiyimiz 5 il ərzində 50 min kvadratmetrdən çox yaşayış sahəsi istifadəyə verilib və hazırda 40 min kvadratmetrdən artıq yaşayış sahəsinin tikintisi aparılır.


Şirkətimiz layihələndirmə, mühəndis kommunikasiyalarının çəkilməsi, tikinti, interyer dizayn və təmir, abadlıq işləri daxil olmaqla, tam həllər paketini təqdim edir.

Bu gün Amal Group MMC regionda yüksək keyfiyyətli işləri, davamlılığa sadiqliyi və qabaqcıl texnologiyalarının istifadəsi ilə tanınan aparıcı tikinti şirkətidir. Şirkət daim müştərilərinin gözləntilərini aşmağa çalışır, böyüməyə və yeni maraqlı layihələrə imza atmağa davam edir.


Məqsədimiz müştərilərimiz üçün etibarlı və güvənli tərəfdaş olmaq, layihələri vaxtında və büdcəyə uyğun başa çatdırmaq, keyfiyyət və performans baxımından onların gözləntilərini üstələməkdir.

BİZİM ÜSTÜNLÜKLƏRİMİZ

ETİBARLILIQ

Bizə dövlət etibar edir. Biz ciddi seçim mərhələsindən keçmişik və çoxmərtəbəli binaların tikintisində dövlət podratçısı seçilmişik.

KEYFİYYƏT

Tikinti-quraşdırma işləri ISO 9001:2015

ISO 31000:2022/ 45001:2021

ISO 4001:2021/ 9001:2020 

standartların tələblərinə 

uyğundur.

TEXNOLOGİYALAR

Biz müasir tikinti texnologiyalarından istifadə edirik, şəxsi tikinti texnikamız var və yalnız keyfiyyətli materiallardan istifadə edirik.

FUNKSİONALLIQ

Biz funksional və enerji baxımından səmərəli layihələr inşa edirik. Yalnız yaşayış üçün rahat məkanı təmin etmir, həm də enerjiyə qənaət etməyə imkan verir.

PEŞƏKARLIQ

Biz kadr seçiminə diqqətlə yanaşırıq. 

Şirkətimizdə yüksək peşəkarlığa malik mütəxəssislərdən ibarət komanda işləyir.

ONLAYN NƏZARƏT

24/7 video-müşahidə və görülən işlər barədə müştərilərə foto-hesabat təqdim olunur. Layihə rəhbəri və iş icraçısı Sizinlə hər zaman əlaqə yaradırlar.

MÜŞTƏRİYÖNÜMLÜLÜK

Biz bütün proses ərzində layihələndirmə mərhələsindən tutmuş tam təhvil verilməsinə qədər ən şəffaf və anlaşılan müştəri xidmətləri təqdim edirik.

MÜNASİB QİYMƏTLƏR

Biz optimal qiymət-keyfiyyət təqdim edirik. Tikinti xidmətlərini sifariş verildikdə, layihələndirmə-dizayn və ətraflı smetanın hazırlanması ödənişsizdir.

AMAL GROUP ŞİRKƏTİNİN ALDIĞI LİSENZİYALAR VƏ SERTİFİKATLAR

  • Tikintisinə icazə tələb olunan bina və qurğuların layihələndirilməsinə lisenziya.
  • Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinə lisenziya.
  • Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılmasına lisenziya. 

  • ISO 9001:2015 sertifikatı.
  • ISO 31000:2022 sertifikatı.
  • ISO 45001:2021 sertifikatı.
  • ISO 14001:2021 sertifikatı.
  • ISO 9001:2020 sertifikatı.
  • ISO 50001:2020 sertifikatı.

KOMANDAMIZ

Şirkətimizdə layihələri tərtib və inşa edən yüksək peşəkarlığa malik mütəxəssislərdən ibarət komanda işləyir.

Şahin Sadıxov

Kommersiya Direktoru

Söhbət

dəmir-qəlib mütəxəssisi

Firudin

Sahə rəisi

Nazim Nağıyev

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis

Orxan İbrahimli

Baş direktor

Əhməd Əhmədov

Planlama üzrə mühəndis

Tərəfdaşlar