Kapital Bank bizim şirkət ilə əməkdaşlıqda təqdim etdiyi fərdi evin tikintisi üçün ipoteka insanlara arzusunu həyata keçirməyə imkan verir.




Şərtlər və proseslər

İpoteka alınması prosessi

  1. Şirkətimizə evinizin layihəsini sifariş edirsiniz və ya öz hazır layihənizi gətirirsiniz
  2. Evinizin layihəsi üçün smeta hesablayırıq
  3. Layihə və smeta təsdiq edildikdən sonra şirkətimizlə tikinti müqaviləsi imzalanır
  4. İpoteka krediti almaq üçün Siz Kapital Banka aşağıdakı sənədləri təqdim edirsiniz:
    1. Evin layihəsi, evin smetası və tikinti müqaviləsi
    2. Evin tikildiyi torpağın çıxarışı (kupçası)
    3. İpoteka ilə girov qoyulan daşınmaz əmlak obyektinın çıxarışı (kupçası)
    4. Gəlirləriniz haqqında arayış
  5. Bank 3 iş günü ərzində ipoteka kreditinin verilməsi haqqında qərar qəbul edir.
  6. Kapital Bank, Amal Group və müştəri arasında ipoteka tikintisi ilə bağlı üçtərəfli saziş imzalanır.
  7. Siz tikinti üçün ilkin ödəniş edirsiniz, evinizin tikintisi haqqında müqaviləyə əsasən, sonrakı mərhələli ödənişlər bank tərəfindən yerinə yetiriləcəkdir.

İpoteka şərtləri


- İllik 14%-dən başlayan faiz dərəcəsi

- Kreditin məbləği 250.000 AZN-ə qədər

- Kredit müddəti 20 ilə qədər

- İlkin ödəniş 15%


Ofisimizdə görüşə yazılmaq üçün

Bizdən sifariş et