LOFT-1 MƏNZİL LAYİHƏSİ
Amal Group təqdim edir: LOFT-1 mənzil layihəsi – müasir loft üslubunda dizayn edilmiş, rahatlıq və funksionallığın ideal vəhdətidir.
Interyerdə açıq kərpic divarlar, təbii ağac teksturaları və yumşaq işıqlandırma bir araya gələrək isti və zərif mühit yaradır. Zal və mətbəxin birləşdiyi açıq plan məkan genişlik və işıqlılıq hissi verir.
Ağacdan hazırlanmış minimal pilləkən interyerə arxitektura dərinliyi qatır. Hamam otağında təbii daş və ağac fakturaları üstünlük təşkil edir – burada hər detal sadəlik və müasir eleqantlıqla ifadə olunur.
Pulsuz konsultasiya sifariş et