Fərdi evin tikintisinə başlamazdan əvvəl keyfiyyətli funksional layihə hazırlamaq lazımdır.

Belə bir layihənin hazırlanması üçün isə bir çox nüanslar nəzərə alınmalıdır. Bizim peşəkar memarlarımız da məhz bu işdə sizə kömək edəcəklər.

 

Şirkətimiz fərdi evinizin layihəsinin seçilməsi zamanı müxtəlif imkanlar təklif edir. Bu, həm sizin bütün tələbatlarınızı və istəklərinizi nəzərə alan tamamilə fərdi ev layihəsinin hazırlanması, həm də memarlarımızın hazırladıqları mövcud tipik layihələrin sizin torpaq sahənizə və ehtiyaclarınıza uyğunlaşdırılması ola bilər.

Şirkətimiz ilə iş prosesi

Ofisimizdə sifarişçi ilə görüş

Layihə üçün texniki tapşırığın (brif) tərtib edilməsi

Fərdi layihənin sifarişi və ya tipik layihənin uyğunlaşdırılması

Evin layihələndirilməsi haqqında müqavilənin imzalanması

Ərazinin topoqrafik çəkilişi

Eskiz layihə üzərində iş və onun sifarişçi ilə razılaşdırılması

Dövlət qeydiyyat orqanlarından tikintiyə icazə almaq üçün Memarlıq-Eskiz layihəsinin albomun hazırlanması və tikintiyə smetanın təqdim edilməsi

Ofisimizdə görüşə yazılmaq üçün